“Ümid edirəm, sabah ölərsiniz”
Bizi izləyin

İdman

“Ümid edirəm, sabah ölərsiniz”

Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçuların həyat yoldaşlarının hədəfinə düşüb.

Bir müddət əvvəl Samir Nasrinin milli karyerasını başa vurmasından qəzəblənən sevgilisi Anara Atanes sosial şəbəkə üzərindən Deşama qarşı ağır ifadələr işlətmişdi.

Publika.az xəbər verir ki, bu dəfə Portuqaliya və Ermənistanla yoldaşlıq görüşlərinə çağırılmayan "Montpellier"in qolkiperi Joffrua Judrenin həyat yoldaşı Noyemi Judren “Facebook”da Deşamı tənqid edib. Zədəsinə görə millinin heyətindən çıxarılan Stefan Ruffyenin əvəzinə "Rennes"dən Benua Costilin çağırılması Noyemi Judreni əsəbləşdirib.

O, Deşama ünvanlanmış bu cümləni yazıb: "Ümid edirəm, sabah ölərsiniz".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm