Millinin baş məşqçisinin yalanı üzə çıxdı
Bizi izləyin

İdman

Millinin baş məşqçisinin yalanı üzə çıxdı

Futzal üzrə milli komandamızın və "Araz"ın baş məşqçisi Joze Alesio Da Silvanın yalanının üstü açılıb.

Publika.az xəbər verir ki, braziliyalı mütəxəssisin pənah apardığı Qazaxıstan "Kayrat"ının hüquqşünasının müqaviləsi olan Alesionun problemini çözəcəyinə dair söz verməsi yalan imiş.

Bu barədə məlumat verən "Kayrat"ın vitse-prezidenti Andrey Mişşenko mütəxəssisə ümumiyyətlə müraciət etmədiklərini deyib:

“Joze Alesio özü bizə müraciət edərək, komandamızda 2-ci məşqçi işləmək istədiyini bildirib. Onunla hələlik heç bir müqavilə imzalanmayıb. Bizimlə söhbətində o, Azərbaycan tərəfi ilə problemləri özünün həll edəcəyini bildirib.

Ona tapşırmışıq ki, strateji inkişaf planını bizə təqdim etsin. Həmin plan bizi qane etsə, müqavilənin detallarının müzakirəsinə başlayacağıq".

Azərbaycan tərəfinin UEFA-ya şikayət edəcəyi təqdirdə "Kayrat"ın hüquqşünasının məsələni yola qoya biləcəyinə dair söz verməsinə gəlincə, Mişşenko bu fikirləri yaxına buraxmaq istəməyib: "Bu, Alesionun uydurmasıdır. Axı bizdə qalıb-qalmayacağı bəlli olmayan məşqçinin məsələsinə hüquqşünasların qoşulmasına heç bir ehtiyac yoxdur. Ancaq bütün hallarda düşünürəm ki, o, Azərbaycana qayıtmaq istəmir. Deyəsən, orada ciddi problemləri olub. Məncə, o hesab edir ki, qayıtsa, bu problemlər daha da şiddətlənə bilər".

Qeyd edək ki, Joze Alesio 5 ildir Azərbaycan millisində çalışır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm