Kadırov Olimpiadanın hakimlərini hədələdi: “Allah eləməsin bizim idmançıları incidəsiniz”
Bizi izləyin

İdman

Kadırov Olimpiadanın hakimlərini hədələdi: “Allah eləməsin bizim idmançıları incidəsiniz”

Kadırov Olimpiadanın hakimlərini hədələdi: “Allah eləməsin bizim idmançıları incidəsiniz”

Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov Rusiya mətbuatına verdiyi müsahibədə Soçi Olimpiadası ilə bağlı maraqlı fikirlər səsləndirib. Publika.az Kadırovun müsahibəsini təqdim edir:

- Qroznıdakı futbol oyunu zamanı sizin hakimlərin ünvanına dediyiniz sözləri hamı xatırlayır…

- Mən bunu bir dəfə demişəm, siz isə artıq neçənci dəfədir ki, soruşursunuz. Onu bir də təkrar edim?

- Yox, lazım deyil. Soçidə çeçen idmançılar var?

- Yoxdu. Hələlik. Ancaq növbəti Qış Olimpiadasında olacaq. Biz hələ indi konki və xizək üstündə dururuq, dağ xizəkçiliyi üçün kurort salırıq.

- “Komsomolka” sizə xizək bağışlamışdı, botinka ilə birgə...

- Onlar məndədi, fəxri yerdə saxlayıram.

- Artıq 3 il keçib. Sizsə söz vermişdiz ki, sürməyi öyrənəcəksiz.

- Amma mən deməmişdim axı hansı ildə.

- Soçiyə gedəcəksiz?

- Respublikadan 400 nəfər gedəcək. Mən də hazırlaşmışdım. Ancaq sonradan fikirimi dəyişdim. Kabinetimdə oturub azarkeşlik edəcəm, ya da evdə divanda.

- Hakimlər bizim idmançılara qarşı ədalətli olmasalar nə qışqıracaqsız?

- Qorxulu heç nə olmayacaq. Sadəcə, divandan qalxacam, televizora yaxınlaşacam və deyəcəm: “Vətəndaş hakimlər, Allah eləməsin bizim idmançıları incidəsiniz!”

- Vəssalam? Sizin Olimpiada ilə bağlı proqnozunuz?

- Olimpiada qalib gələcək. O ki bizimdi!
- Nə mənada?

- Putin belə deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm