Bu klubumuz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək
Bizi izləyin

İdman

Bu klubumuz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu mövsümə beynəlxalq turnirlə başlayır.

Publika.az xəbər verir ki, ölkəmizi "Çağırış kuboku"nda təmsil edəcək komandamız Türkiyədə təşkil olunan "Çingiz Göllü Voleybol Turniri"ndə gücünü sınayacaq. Bursada keçirilən yarışda "Azərreyl"lə yanaşı, meydan sahibi "Bursa", "Vizura" (Sebiya) və "Maritsa" (Bolqarıstan) klubları da mübarizə aparırlar.

Təmsilçimizin ilk rəqibi "Vizura"dır. İki gün davam edəcək turnirin reqlamentinə əsasən, qalib gələn komandalar finalda, məğlublar isə üçüncülük uğrunda yarışacaqlar.

Çingiz Göllü turniri

Bursa, Türkiyə

11 oktyabr

18:00 "Vizura" - "Azərreyl"

20:00 "Bursa" - "Maritsa"

12 oktyabr

16:00 Üçüncü yer uğrunda

18:00 Final

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm