İdman
Azərbaycanlı idmançının bu görüntüsü hər kəsi təəccübləndirdi - VİDEO

London Paralimpiadasının qızıl medalçısı, ikiqat Avropa çempionu Ramin İbrahimov sosial şəbəkədə maraqlı video paylaşıb.
Publika.az xəbər verir ki, çempionun bu görüntüləri Türkiyədə təlim-məşq prosesində olarkən çəkilib. Cəldliyi ilə diqqət çəkən idmançımızın bu görüntüləri bəzi idmançılar üçün də nümunədir.
Paralimpiyaçı Türkiyəyə gedişinin səbəbləri ilə bağlı bizə danışdı:
“İndi əsas məqsədim 2016-cı ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlıdır. Hazırlığımız indidən başlayıb. Qarşıda bizi lisenziya turnirləri, dünya oyunları və Avropa çempionatı gözləyir. Hədəfimiz burada lisenziya qazanıb Rio-de-Janeyroda keçiriləcək olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil eləməkdir”.
Xatırladaq ki, Ramin XIV Yay Paralimpiya Oyunları zamanı Azərbaycana ilk qızıl medalı qazandırıb. İbrahimov 2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi medal”ına layiq görülüb.
Aygün İlqarqızı

-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uçmağa icazən var
-
İdman19 İyul 23:12
Neymar 1,5 milyona aldığı avtomobili bu səbəbdən sürə bilməyəcək - FOTO
-
Yaxın Şərq19 İyul 23:00
20 il komada qalan "Yatmış Şahzadə" VƏFAT ETDİ
-
Magazin119 İyul 22:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region19 İyul 21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya19 İyul 21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika19 İyul 20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ