“Qarabağ” gerilədi
Bizi izləyin

İdman

“Qarabağ” gerilədi

“Qarabağ” gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Publika.az xəbər verir ki, ötən ay açıqlanan siyahıda olduğu kimi, İFFHS-in cədvəlində Azərbaycanı yenə yalnız 1 komanda təmsil edir.

Lakin “Qarabağ” yanvar reytinqi ilə müqayisədə mövqeyini əldən verib. Ötən ay dünyanın 111-cisi olan Qurban Qurbanovun yetirmələri 119,50 xalla 113-cü pillədə qərarlaşıblar.

Son bir ayda 4 klub - “Əl-Əhli” (Misir), “Eştoril” (Portuqaliya), “Udineze” (İtaliya), “Apollon” (Cənubi Kipr) ağdamlıları keçməyə müvəffəq olub. “Qarabağ”ın 4 deyil, 2 pillə geriləməsi isə tanınmış klublar “İnter” (İtaliya) və “Betis”ın (İspaniya) daha çox geriləyərək, təmsilçimizdən aşağı pillələrə yuvarlanması səbəb olub.

Qeyd edək ki, qurum 2013-cü il fevralın 1-dən 2014-cü il yanvarın 31-dək olan dövr üçün planetin 200 ən yaxşı lubunu müəyyənləşdirib. Siyahının ilk pilləsində heç bir dəyişiklik baş verməyib.

Zirvədə yenə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya “Real”ı 292 xalla 2-ci, İngiltərə “Çelsi”si 275 xalla 3-cü yerdədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm