Dünya Çempionatının püşkatması Rusiyada keçiriləcək
Bizi izləyin

İdman

Dünya Çempionatının püşkatması Rusiyada keçiriləcək

2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi 2015-ci il iyulun 25-də Sankt-Peterburqun Konstantinovsk sarayında olacaq.

Publika.az xəbər verir ki, bu barədə məlumatı turnirin təşkilat komitənin mətbuat xidməti məlumat verib.

Rusiya Federasiyasının idman naziri Vitali Mutko FİFA-nın püşkatmanın Sankt-Peterburqdakı Konstantinovsk sarayında keçirilməsi fikrini dəstəklədiyi üçün məmnun olduqlarını bildirib. O, Rusiyanın mədəniyyət ənənələrini əks etdirən, XVIII yüzilliyin möhtəşəm abidəsi olan “Konqres sarayı”nın ölkəsini milli assosiasiyalar, qonaqlar, tərəfdaş və tamaşaçılar qarşısında layiqincə təmsil etməyə qadir olduğunu deyib.

Xatırladaq ki, dünya çempionatı 2018-in oyunları Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samara, Soçi və Rostov şəhərlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm