"V1 Challenge Azerbaijan" yarışmasının qalibi bəlli oldu
Bizi izləyin

İdman

"V1 Challenge Azerbaijan" yarışmasının qalibi bəlli oldu

Bakıda keçirilən "V1 Challenge Azerbaijan" yarışmasının qalibi 18 yaşlı fransız pilot Anton Huber olub.

Publika.az-ın məlumatına görə, 2-ci yerin sahibi Almaniya idmançısı Harald Müller, 3-cü yerin sahibi isə Livan idmançısı Abdo Feqali olub.

Qalib gələn fransalı pilot Anton Huber jurnalistlərə açıqlamasında yarışın gərgin keçdiyini bildirib: “Bu, mənim beynəlxalq yarışlarda ikinci təcrübəm idi. "V1 Challenge Azerbaijan" yarışı gözəl təşkil olunmuşdu. Belə gözəl təşkilatçılığa görə Azərbaycan Avtomobil Federasiyasına və federasiya rəhbərliyinə təşəkkür edirəm”.

A.Huber bildirib ki, ən gərgin görüşüm livanlı idmançı Abdo Feqaliyə qarşı oldu: "Çox sevinirəm ki, ona qalib gəlməklə finala vəsiqə qazandım. Mən “Formula 4” pilotuyam. Qazandığım təcrübədən istifadə edərək bu yarışın qalibi oldum".

Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran Anton Huber burada gördüklərindən məmnun olduğunu bildirərək deyib: “Bakı haqqında məlumatım az idi. Sevinirəm ki, indi belə bir gözəl şəhərdəyəm. Artıq Azərbaycan haqqında xeyli məlumatım var. Gözəl ölkənizdə olmağımdan çox məmnunam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm