Velosipedçilərimiz beynəlxalq yarışın ilk mərhələsini 27-ci sırada başa vurub
Bizi izləyin

İdman

Velosipedçilərimiz beynəlxalq yarışın ilk mərhələsini 27-ci sırada başa vurub

Avstraliyada təşkil olunmuş 2.1 kateqoriyalı "Herald Sun Tour" yarışında 116 km-dən ibarət 1-ci mərhələ başa çatıb. Kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçən bu mərhələdə qalib foto-finişlə müəyyənləşib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, pelotonda olan velosipedçilərdən 38 nəfərin vaxt göstəricisi eyni olub - 3 saat, 4 dəqiqə, 12 saniyə. Onların arasında "Synergy Baku"nun üzvü, avstraliyalı Patrik Leyn də var. Foto-finişə əsasən, ABŞ-ın "Garmin-Sharp" komandasının avstraliyalı üzvü Natan Haas 1-ci, Patrik Leyn isə 27-ci olub.

Komandamızın digər nümayəndəsi, Azərbaycanın U-23 yığmasının üzvü Tural İsgəndərov isə liderlərdən 2 dəqiqə, 26 saniyə geri qalmaqla 44-cü nəticə göstərib. /Trend/

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 163 km məsafə qət edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm