İdman
Qızlarımız Türkiyədə hər kəsi heyran qoydu

“Azərreyl” voleybol klubu yeni mövsümə titulla start verib.
Ölkəmizi “Çelenc Cup”da təmsil edəcək “dəmiryolçular” Bursada Çingiz Göllünün şərəfinə təşkil olunan yarışın qalibi adını qazanıblar.
Publika.az xəbər verir ki, Vüqar Əliyevin yetirmələri ilk qarşılaşmada Serbiyanın “Vizura” klubunu 3:1 (24:26; 21:25; 25:21; 18:2) hesabı ilə məğlub ediblər. Rəqib hətta son setdə 16 topluq fərq yarandıqdan sonra hissəni bitirməyə də ehtiyac duymayıb. Nəticədə “Azərreyl” finala yüksəlib.
Digər cütdə isə ev sahibi “Bursa BB” Bolqarıstanın “Maritsa” klubunu sınağa çəkib. Türklər 3:1 (25:27; 25:20; 25:13; 25:20) hesabı ilə qalib gələrək, “Azərreyl”ə rəqib olublar.
Həlledici görüşdə Bakı təmsilçisi daha inamlı təsir bağışlayaraq, “Bursa BB”dən güclü olduğunu sübut edib – 3:1 (25:21; 25:21; 18:25; 25:23).
Turnirin üçüncüsü adına “Maritsa”nı 3:0 (25:21; 25:19; 25:15) məğlub edən “Vizura” sahib olub.
Aygün

-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı