Soçi Olimpiadasının oyunlarına start verildi - VİDEO
Bizi izləyin

İdman

Soçi Olimpiadasının oyunlarına start verildi - VİDEO

Soçidə 22-ci Qış Olimpiya oyunlarında ilk yarışa qoşulan Böyük Britaniyalı Billi Morqan olub.

Soçidə 22-ci Qış Olimpiya oyunlarında ilk yarışa qoşulan Böyük Britaniyalı Billi Morqan olub.

Rusiya mətbuatının verdiyi məlumata görə, 24 yaşlı Morqan Ekstrim-parkın trassında sloupstayl üzrə yarışa başlayıb. Olimpiadanın ev sahibi olan Rusiyadan isə ilk yarışa qoşulan Aleksey Sobolev olub. O, bu yarışda 9-cu çıxış edib. “Trassda şərait əladır, şikayət etmək olmaz. İnanırıq ki, Olimpiadadan sonra da bu park belə yaxşı vəziyyətdə qalacaq və biz burada məşq edəcəyik", - deyə rus idmançısı bildirib.

Xatırladaq ki, fristayl üzrə qadınların yarışı da bu gün başlayacaq. Qış Olimpiadasının rəsmi açılışı isə həftənin 5-cü günü baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm