Erməni layihəsinin təbliğat maşını meyit dünyaya gətirdi: Qidalanma, yoxsa asosial həyat tərzi? - VİDEO
Bizi izləyin

İdman

Erməni layihəsinin təbliğat maşını meyit dünyaya gətirdi: Qidalanma, yoxsa asosial həyat tərzi? - VİDEO

Bir gün əvvəl erməni layihəsinin təbliğat maşını meyit dünyaya gətirdi. Bu aktın mənası ondan ibarətdir ki, yeni doğulmuş ölü, doğulmuş info-körpə bütün canlılardan daha canlı olmağa, yəni erməni iztirablı şlakların istehlakçıları arasında ən yüksək rəğbət hissi oyatmağa çağırılır. Yəqin ki, artıq təxmin etdiyiniz kimi, sözügedən mərhum, daha doğrusu, 1983-cü il təvəllüdlü K.Ovannisyan Xankəndidə dünyasını dəyişib və erməni təbliğatına görə, ölüm xəyali blokada şəraitində kəskin aclıq nəticəsində baş verib.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

“Xankəndi məhkəmə-tibbi ekspertizasının həkim qənaəti, verdiyi təfərrüat, sanki, aclıqdan ölüm versiyasına mötəbərlik qazandırmaq məqsədi daşıyır. Bir baxın:

“Ölümün səbəbi: ağır alimentar distrofiya (qidalı maddələrin uzun müddət və natamam qəbulu nəticəsində ümumi tükənmə, maddələr mübadiləsinin bütün formalarının pozulması, orqanların struktur və funksional pozğunluqları), kaxeksiya, protein-enerji çatışmazlığı, kvaşiorkor, ikitərəfli polisegmental pnevmoniya, ağciyər şişliyi, qarışıq metabolizm, hipoksik ensefalopatiya, daxili orqanlar - böyrəklərin distrofiyası, anemiya, septik vəziyyət, sağ tərəfli hidrotoraks, xroniki aclıq”. Burada həkimlər bir az həddi aşıblar. Həkim olmasaq da biz də bilirik ki, bu simptomlar birləşməsi daha çox uzun illərdir antisosial həyat tərzi keçirən insanlarda ola bilər.

Azərbaycanlı həkimlərin mərhumun fotoşəkilindən verdikləri ilkin nəticə də ölüm səbəbinin başqa olduğunu göstərir”, - məlumatda deyilir.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm