İŞİD futbola da əl atdı
Bizi izləyin

İdman

İŞİD futbola da əl atdı

“İslam Dövləti” (İŞİD) terror qruplaşması Liviyada tərəfdarları arasında futbol üzrə yarış keçirmək niyyətindədir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə “Alfajer” telekanalı bildirib.

Futbol yarışı Liviyanın Aralıq dənizi sahilində yerləşən Derna şəhərinin stadionunda keçiriləcək. Yarışda Əfqanıstan, İraq, Misir, Liviya və Suriyadan olan İŞİD üzvləri iştirak edəcək. İŞİD futbol qaydalarını şəriət qanunlarına uyğunlaşdıracaq.

Yarışın keçirilməsinin dəqiq tarixi açıqlanmır. Ancaq təşkilat komitəsinin seçildiyi deyilir. Təşkilatçılar ümid edirlər ki, yarış “İslam Dövləti”nin sıralarına gəncləri cəlb etməyə kömək edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm