İdman
Qran-pri turniri başa çatıb

Oktyabrın 14-də Muğam Klubda şahmat üzrə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri turnirinin üçüncü mövsümünün rəsmi bağlanış mərasimi və mükafatlandırma mərasimi keçirilib.
Publika.az AzərTaca istinadən xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada şahmat xüsusi yer tutur.
Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Mahir Məmmədov isə deyib ki, Prezident İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Tədbirdə xatırlandı ki, ilk dəfə 2008-ci ildə Azərbaycanda keçirilmiş Qran-Pri turniri aramızdan vaxtsız ayrılmış, unudulmaz qrossmeysterimiz Vüqar Həşimovun qələbəsi ilə başa çatmışdı.
Daha sonra qaliblər mükafatlandırılıblar. Bildirilib ki, turnirdə birinci-ikinci yerləri 11 mümkün xaldan 6,5-ni toplamış italyan Fabiano Karuano və israilli Boris Gelfand tutublar. Üçdən səkkizədək olan yerləri hərəyə 6 xal toplamış rusiyalı qrossmeysterlər Aleksandr Qrişşuk, Sergey Karyakin, Pyotr Svidler, Yevgeni Tomaşevski və amerikalı Hikaru Nakamura tutublar. Azərbaycan şahmatçısı Teymur Rəcəbov 5,5 xalla doqquzuncu yerlə kifayətlənib. Azərbaycannın digər qrossmeysteri Şəhriyar Məmmədyarov və özbək şahmatçısı Rüstəm Qasımcanov adama 5 xal toplayaraq 10-cu 11-ci yerləri bölüşüblər. Rusiya şahmatçısı Dmitri Andreykin 4,5 xalla 12-ci, Lenyer Dominges isə turnir cədvəlində sonuncu – 13-cü yerdədir.
Mərasimi incəsənət ustalarının iştirakı ilə davam etdi..

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı