"Qarabağ" Avropa Liqasınının qrup mərhələsinə vəsiqə qazandı - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Qarabağ" Avropa Liqasınının qrup mərhələsinə vəsiqə qazandı - YENİLƏNDİ

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisnin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Lyublyana klubunda Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.

xxx

20:32

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, qonaq komanda 36-cı dəqiqədə hesabı bərabərləşdirib.

Rəqibin oyunçusu Dioqo Pinto fərqlənib.

xxx

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, 24-cü dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov penaltini dəqiq yerinə yetirib./

xxx

20:00

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edir.

Qeyd edək ki, səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm