“Qızıl buts”u ona əfsanəvi futbolçu verdi – VİDEO
Bizi izləyin

İdman

“Qızıl buts”u ona əfsanəvi futbolçu verdi – VİDEO

Nəhayət, Luis Suarez çoxdan gözlədiyi mükafatına qovuşub.

Publika.az xəbər verir ki, uruqvaylı forvard 2013-14 mövsümündə “Qızıl buts” mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimi Barselona şəhərində "Estrella Damm" şirkətinin fabrikində baş tutub. Mərasimə həyat yoldaşı və klub prezidenti Xosep Bartomeu ilə qatılan Suarez bu uğuru ilə əlaqədar nitq söyləyib. Mükafatı "Liverpul"un əfsanəsi Kenni Dalqliş uruqvaylı futbolçuya təqdim edib. Şotland mütəxəsis hücumçunu İspaniyada durduracaq kimsəni tanımadığını bildirib.

“Barselona” klubun hücumçusuna “Qızıl buts”u “Liverpul”un əfsanəvi futbolçusu və ayrı-ayrı dövrlərdə ingilis təmsilçisini çalışdıran Kenni Dalqliş verib. Futbolun yaşayan əfsanəsini mərasimə Suaresin şəxsən özü dəvət edib.

Xatırladaq ki, ötən mövsüm "Liverpul"da 33 oyun keçirən Suarez 31 qolun müəllifi olmuşdu.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm