Azərbaycanda saxtakarlıq edən idmançı millidən qovuldu - FOTO
Bizi izləyin

İdman

Azərbaycanda saxtakarlıq edən idmançı millidən qovuldu - FOTO

Gürcüstan əsilli cüdoçu Vaxtanq Okruaşvili Azərbaycan milli komandasında başqa soyadla çıxış edib. O, Okruaşvili Bitiyev soyadı ilə 2013-cü ildə yığmamızın heyətində bir sıra nüfuzlu yarışlara qatılıb, Avropa çempionatında iştirak edib. Bu barədə mətbuatda yetərli dərəcədə məlumatlar yayılmışdı.

Belə ki, o, 100 kiloqramdan yuxarı çəkidə yer alan Okruaşvili Bitiyev soyadı ilə 2013-cü ildə yığmamızın heyətində bir sıra nüfuzlu yarışlara, o cümlədən Avropa çempionatına qatılıb.

Amma nəticələri ürəkaçan olmayıb. Buna görə o, dünya çempionatından kənarda qalıb.

Məsələnin uzanması bizi olimpiya çempionu, Cüdo Federasiyasının hazırki vitse-prezidenti Elnur Məmmədli ilə əlaqə saxlamağa vadar etdi.

2013-cü ildən federasiyada vitse-prezident vəzifəsini icra edən E.Məmmədli Publika.az-a belə danışdı:

“Mən bu mövzu heç nə deyə bilmərəm. Xəbərim yoxdu. Mətbuat xidməti il əlaqə saxlayın”.

Maraqlıdır, E.Məmmədli nə üçün açıqlama vermkə istəmir?
Axı Elnur Məmmədli, heç olmasa, komanda yoldaşı olmuş idmançıdan xəbərsiz ola bilməz.

Aldığımız məlumata görə, o idmançının saxtalaşdırılması burada yox, öz ölkəsində baş verib. Belə ki, idmançı Azərbaycan Cüdo Federasiyasına Okruaşvili Bitiyev adı ilə təqdim olunub. Saxtalaşmanın məsuliyyəti Gürcüstanın üzərinə düşür.

Millimizdən getdikdən sonra idmançı öz ölkəsinə qayıdaraq, Gürcüstan millisinin üzvü kimi çıxış etməyə başlamışdı.

Ancaq indi daha bir maraqlı məlumat yayılıb: Vaxtanq Okruaşvili Gürcüstan yığmasının üzvü kimi yarışa buraxılmayıb. Qərar Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən qəbul edib.

100 kiloqramdan yuxarı çəkidə yer alan Okruaşvilinin Qazaxıstanın paytaxtı Astanadakı Qran Pridə tatamiyə çıxmasına icazə verilməyib. Ancaq qərarın nədən qaynaqlandığı rəsmən açıqlanmır.

Bundan əlavə, idmançı bir ölkədən başqa ölkənin yığmasına keçmək üçün, ən azı, iki il gözləməlidir. Hərçənd, Bitiyevin Gürcüstan millisinə qayıtmasına Azərbaycan tərəfi razılıq verib. Amma görünür, ötən müddətdə bəzi formallıqları yoluna qoymaq mümkün olmayıb.

Hazırda Gürcüstan millisindən də uzaqlaşdırılmış idmançını aqibətinin necə olacağı maraqla gözlənilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm