İdman
Ronaldodan DÜNYA REKORDU

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo məğlubiyyətsiz oyunlara görə dünya rekordu qırıb.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytı məlumat yayıb.
Hesablamalara görə, “Əl-Nəsr” – “Persepolis” oyunundan (2:0) sonra 38 yaşlı forvard artıq uduzmadığı min qarşılaşma keçirib. Onlardan 776 oyunda qələbə qazanıb, 224 qarşılaşma heç-heçə olub. Bundan sonra Ronaldo öz klubunun heyətində daha bir qələbə qazanıb – “Əl-Əhli”yə qarşı oyunda (4:3).
Məğlubiyyətsiz keçirdiyi 1001 matçda “Əl-Nəsr”in payı 28, “Mançester Yunayted”in – 284, “Yuventus”un – 114, “Real Madrid”in – 386, “Sportinq Lissabon”un – 21, Portuqaliya millisinin – 168 oyun olub. Ümumilikdə, Ronaldo karyerasında 1 183 oyun keçirib.

-
Sosial03:43
Şarlar nə dərəcədə təhlükəlidir? - VİDEO
-
İdman03:43
Ançelottiyə belə “Barsa” lazımdır: onu müdafiə etdi
-
Sosial02:42
Murad Rzayevə ağır itki
-
Magazin102:12
Hüseyn trenddəki müğənnilərə söz atdı - VİDEO
-
Gözəllik00:45
Şabalıdı manikür trend oldu - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nəticə sizi sevindirəcək
-
Region28 Noyabr 23:24
Yüksəkvəzifəli azərbaycanlı məmurların 350 min dolları OĞURLANDI
-
Magazin228 Noyabr 22:24
"Camdakı Kız"ın Takosu görün kimlə görüntüləndi - FOTO