Yayım qalmaqalı böyüyür: “Neftçi” azarkeşi Lənkərana getsə, tamamilə haqlı olacaq”
Bizi izləyin

İdman

Yayım qalmaqalı böyüyür: “Neftçi” azarkeşi Lənkərana getsə, tamamilə haqlı olacaq”

Yayım qalmaqalı böyüyür: “Neftçi” azarkeşi Lənkərana getsə, tamamilə haqlı olacaq”

Yayım qalmaqalı böyüyür: “Neftçi” azarkeşi Lənkərana getsə, tamamilə haqlı olacaq”

"Xəzər Lənkəran" - "Neftçi" matçının televiziya vasitəsi ilə yayımlanmaması "Neftçi" rəhbərliyini və azarkeşləri ciddi şəkildə narahat edir.

Biz qəti şəkildə bunun əleyhinəyik. Bu bizim azarkeşlərimizin mənəvi cəhətdən hüquqlarının pozulmasıdır.

Biz də "Xəzər Lənkəran"ı qəbul etmişik və televiziya vasitəsilə oyun yayımlandı. Biz bilirdik ki, “Xəzər Lənkəran” azarkeşlərinin də bu oyunu izləmək hüququ var və biz də bu hüquqa hörmətlə yanaşdıq."

Publika.az xəbər veriri ki, bu fikirləri Sportal.az-a açıqlmasında "Neftçi" klubunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

Abbaszadə "Xəzər Lənkəran" - "Neftçi" matçının yayımlanmamsı ilə bağlı klubunun baş məşqçisi Mustafa Dənizli və Oğuz Çətinə sual ünvanlayıb:

"Mən belə olan halda bir sual vermək istəyirəm. Görəsən, Mustafa Dənizli və Oğuz Çətin Türkiyədə "Fənərbaxça" - "Qalatasaray" oyununun yayımlanmamasına necə baxardılar? Bu istənilən halda düşündürücü sualdır."

Abbaszadə "Neftçi" azarkeşlərinə də səslənib:

"Biz rəsmi olaraq Lənkərana azarkeş aparmırıq və aparmayacağıq. Müəyyən qurumun verdiyi qərara hörmətlə yanaşırıq.

Ancaq oyun yayımlanmasa, "Neftçi" azarkeşi Lənkərana getsə, tamamilə haqlı olacaq. Çünki qarşılşamanın yayımlanmaması buna zəmin yaradır.

Hesab edirəm ki, azarkeşləri bu oyundan məhrum etmək olmaz və onlar matçı televiziya vasaitəsilə izləməlidirlər."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm