Bakıda qapalı velosiped treki inşa ediləcək
Bizi izləyin

İdman

Bakıda qapalı velosiped treki inşa ediləcək

Bu gün biz möhtəşəm idman bayramına şahidlik etdik. Azərbaycan üçün yeni – dağ velosipedi idmanı üzrə sınaq yarışları keçirildi. Bu yarış “Bakı-2015” ərəfəsində həm velopark, həm də idmançılarımız üçün sınaq oldu.

Publika.az AzərTaca istinadən xəbər verir ki, bu sözləri oktyabrın 18-də “Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı bitdikdən sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov jurnalistlərə müsahibəsində deyib.

Bildirib ki, yarış çərçivəsində ölkəmizə təşrif buyurmuş xarici ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparıb, onların təkliflərini dinləndik. Ümid edirəm ki, texniki heyət həmin təklifləri nəzərə alacaq. Təkliflər arasında marşruta bir neçə maneənin əlavə olunması da var idi. Ancaq bir neçə gün əvvəl qonaqlar marşrutun çox mürəkkəb olduğunu qeyd edirdilər.

Yarışın marşrutunun hazırlanmasında “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin böyük əməyi olduğunu diqqətə çatdıran vitse-prezident sınaq yarışının uğurla yekunlaşdığını bildirib. Vurğulayıb ki, ölkəmiz yarışda 4 idmançı ilə təmsil olunmalı idi. Ancaq Aqşin Bağırlı zədələndiyi üçün sınaq yarışına qatıla bilmədi. Azərbaycan üçün yeni idman növündə 3 idmançı ilə təmsil olunmağımız sevindirici haldır.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısında danışan Sahib Ələkbərov gələn ilin fevralında BMX üzrə velotrekin istifadəyə veriləcəyini bildirib. Vitse-prezident vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə Bakıdakı Su İdman Sarayının yaxınlığında qapalı velosiped treki tikiləcəkdir. Bu idmana dövlət qayğısının daha bir nümunəsidir.

Dağ Velosipedi Parkında bundan sonra ölkə əhəmiyyətli və beynəlxalq yarışların təşkil olunacağını bildirən S.Ələkbərov bu məkanın gənclər üçün həmişə açıq olduğunu diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm