"Xəzər Lənkəran"ın qonağı olmuş gözəlçə Türkiyənin gündəmində - FOTOLAR
Bizi izləyin

İdman

"Xəzər Lənkəran"ın qonağı olmuş gözəlçə Türkiyənin gündəmində - FOTOLAR

"Xəzər Lənkəran"ın qonağı olmuş gözəlçə Türkiyənin gündəmində

Mirça Rednikin "Xəzər Lənkəran"a rəhbərlik etdiyi vaxtda bir neçə dəfə ölkəmizə səfər edən Ana Maria Prodan Türkiyə mediasının gündəminə düşüb.

Publika.az xəbər verir ki, buna səbəb onun Aleksandru Bourkeanunun "Trabzonspor"a keçidinə vasitəçilik etməsi olub. Qardaş ölkənin əksər media orqanları Ana Maria ilə bağlı yazılar hazılayıb.

Prodan FİFA tərəfindən tanınan yeganə qadın menecerdi. Vətənində və Avropada maqazin mediasının gündəmindən düşməyən Ana Maria bir neçə dəfə çılpaq fotosessiyalarda iştirak edib.

O, hazırda "Styaua"ya başçılıq edən Laurentiu Reqekampfla evlidi. Əvvəllər "Buftea" klubunun prezidenti olub.

Qeyd edək ki, Prodan Mirça Rednikin vaxtında bir neçə futbolçunun "Xəzər Lənkəran"a keçidində vasitəçilik etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm