“Qarabağ” Xankəndidə oynayacaq: İlk qarşılaşma bu tarixdə olacaq
Bizi izləyin

İdman

“Qarabağ” Xankəndidə oynayacaq: İlk qarşılaşma bu tarixdə olacaq

Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.

Publika.az-ın əldə etdiyi məlumata görə, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.

"Qarabağ" II təsnifat mərhələsinin MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.

Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm