Messi tarixi rekordun bir addımlığında: Bu gecə qol vursa...
Bizi izləyin

İdman

Messi tarixi rekordun bir addımlığında: Bu gecə qol vursa...

Argentina millisinin kapitanı Lionel Messi karyerasında daha bir tarixi rekorda imza ata bilər.

Publika.az xəbər verir ki, 36 yaşlı futbolçu bunun üçün DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya ilə bu gecə keçiriləcək oyunda qol vurmalıdır.

O, seçmə mərhələlərdə indiyə qədər üz-üzə gəldiyi komandalardan yalnız Braziliyanın qapısına yol tapa bilməyib. Ulduz futbolçu “pentakampeonlar”la matçda tilsimi qırmağı bacarsa, Cənubi Amerika zonasında seçmə mərhələlərdə bütün komandalara qol vuran 5-ci oyunçu olacaq.

Hazırda ekvadorlu Aqustin Delqado, uruqvaylılar Luis Suares, Edinson Kavani və çilili Aleksis Sançes bu rekorda şərikdirlər.

Qeyd edək ki, seçmə mərhələnin VI turunun Braziliya – Argentina görüşü noyabrın 22-də saat 04:30-da keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm