Qadağa - “Sırğa və kepka taxmaq olmaz”
Bizi izləyin

İdman

Qadağa - “Sırğa və kepka taxmaq olmaz”

Braziliya millisinin baş məşqçisi Karlos Dunqa futbolçularına bəzi qaydalar qoyub.

Publika.az xəbər verir ki, oyunçulara millinin düşərgəsinə gələrkən sırğa, kepka və “vyetnamka” geyməməyi tələb edib.

Eyni zamanda, nahar və toplantıda mobil telefon, planşetlərdən istifadə qadağan olunub. Dunqa futbolçulara millinin himnini oxumaq, dini və siyasi mövzuda açıqlama verməkdən uzaq olmaq, yükə görə təyin olunan cəriməni müstəqil surətdə ödəməyi də tövsiyə edib.

Braziliyanın baş məşqçisi belə deyib:

“Bunları qadağa kimi qəbul etmək düzgün deyil. Bununla yanaşı, normaları pozan futbolçu millinin növbəti oyununda iştirak etməyəcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm