Mahmud Qurbanov Samsuna gedir
Bizi izləyin

İdman

Mahmud Qurbanov Samsuna gedir

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov sabah Türkiyəyə səfər edəcək.

Publika.az AFFA-ya istinadən xəbər verir ki, Qurbanov Türkiyə birinci liqasında Samsun şəhərində keçiriləcək “Samsunspor” – “Elazığspor” oyununu izləyəcək.

Qeyd edək ki, "Elazığspor"un heyətində yığmamızın üzvü Cavid İmamverdiyev çıxış edir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm