Bu da "cim-bom"un yeni prezidenti - Prandelli qalacaqmı?
Bizi izləyin

İdman

Bu da "cim-bom"un yeni prezidenti - Prandelli qalacaqmı?

Qalatasaray"ın yeni prezidenti seçilib.

Komanda.az xəbər verir ki, Ünal Aysalın istefasından sonra ötən gün keçirilən seçkilərdə Duyqun Yarsuvat İstanbul klubunun sayca 35-ci prezidenti seçilib.

İxtisasca hüquqşünas olan 77 yaşlı yeni prezident 3343 səs toplayıb və rəqibi Alp Yalmanı 211 səslə qabaqlayıb. O, 2016-cı ilə qədər "Qalatasaray"ın prezidenti olacaq.

Yarsuvat prezident seçiləndən dərhal sonra "Qalatasaray"ın italyan çalışdırıcısı Çezare Prandellinin taleyi haqda danışıb:

"Prandellinin "Qalatasaray"da qalmasının tərəfdarıyam. Lakin bu məsələdə klubumuzun digər üzvlərinin fikirlərini də öyrənəcəyik. Mən isə bir daha deyirəm ki, Prandellinin klubumuzdan ayrılmasını istəmirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm