Millimiz baş katibin gözü önündə...
Bizi izləyin

İdman

Millimiz baş katibin gözü önündə...

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, yığmamız Belçikada təşkil olunan seçmə mərhələnin X qrupunun 2-ci turunda İsveçrəylə görüşüb.


İlk turda darmadağına üzülən komandamız mərhələ adlamaq şanslarını saxlamağa imkan verən ilk 3 xalını qazanıb - 2:1.


Digər oyunda isə Bosniya və Herseqovina Belçikaya 1:4 hesabı ilə uduzub.


Azərbaycan - İsveçrə oyununu AFFA-nın baş katibi Elxan Məmmədov da canlı izləyib.

AÇ, seçmə mərhələ
25 oktyabr
Azərbaycan - İsveçrə 2:1
Qollar: Süleymanov, 28. Qarayev, 69 - Samardziç, 22.

Belçika - Bosniya və Herseqovina 4:1
Qollar: Verret, 17; 61. Janssens, 23. Daneels, 56 - Mujaqiç, 42.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm