“Qalatsaray”da yeni məşqçi seçilir?
Bizi izləyin

İdman

“Qalatsaray”da yeni məşqçi seçilir?

“Qalatasaray”ın baş məşqçisi Prandellinin istefası iddiaları səngimək bilmir. Həmçinin baş məşqçi postuna yeni namizədlərin olduğu bildirilir. Publika.az həmin namizədləri diqqətinizə çatdırır:

Siyahıdakı ilk ad Ersun Yanaldır. İddialara görə, “Fənərbağça”nın prezidenti Aziz Yıldırımın qovduğu məşqçi ilə “Qalatasaray”lılar yaxın zamanda danışıqlara başlayacaq.

Əcnəbi məşqçi olaraq isə Erik Geretsin adı çəkilir.

Digər əcnəbi namizəd isə Mirça Luçeskudur.

“Cim-bom”da adı çəkilən digər namizəd isə Mustafa Dənizlidir.

Rəhbərliyin B planı olaraq da Hikmet Karamanın namizəd göstərildiyi deyilir.

Yeni baş məşqçinin kim olmasının fərqi yoxdur. Çünki köməkçisi Hasan Şaş olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm