İngilislər IX tura yekun vurdu
Bizi izləyin

İdman

İngilislər IX tura yekun vurdu

İngiltərə Premyer Liqasında IX tura yekun vurulub. İlk matç günündə 6 qarşılaşma keçirilib.

Publika.az xəbər verir ki, “Mançester Siti” səfərdə “Vest Hem”in qonağı olub. Oyun gözlənilmədən Manuel Pelleqrininin yetirmələrinin məğlubiyyətilə bitib - 2:1.

“Liverpul” “Hall Siti” ilə qarşılaşıb. Oyunda hesab açılmayıb. “Sautqempton” - “Stok Siti” matçı isə meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0. "Arsenal" isə səfərdə "Sanderlendi" yenib - 0:2. Sonrakı gün daha üç qarşılaşma keçirilib. "Nyukasl" səfərdə "Tottenhem"i məğlub edib - 1:2. "Börnli" isə evdə "Everton"a uduzub - 1:3. Günün son oyunu həm də turun mərkəzi qarşılaşması olub. "Mançester Yunayted" doğma meydanda "Çelsi"ini qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə bitib. IX tura bugün yekun vurulub. Həftənin son matçında KPR "Aston Villa" ilə qarşılaşıb və qələbə qazanıb - 2:0.

İngiltərə Premyer Liqası. IX tur

26 oktyabr

17:30 “Bernli – Everton” - 1:3

Qollar: Eto`o, 4 (0:1), 85 (1:3), İngz, 20 (1:1), Lukaku, 29 (1:2)

17:30 “Tottenhem” – “Nyukasl” - 1:2

Qollar: Adebayor, 19 (1:0), Ameobi, 46 (1:1), Perez, 58 (1:2)

20:00 “Mançester Yunayted” – “Çelsi” - 1:1

Qollar: Didye Droqba, 53 (0:1), Robin van Persi, 90+3 (1:1)

25 oktyabr

“Vest Hem” – “Mançester Siti” - 2:1

Qollar: Amalfitano, 21, Sako, 75 – Silva, 78

“Liverpul” – “Hall Siti” - 0:0

“Sautqempton” – “Stok Siti” - 1:0

Qol: Mane, 33

“Sanderlend” – “Arsenal” - 0:2

Qollar: Sançes, 30, 90+2

“Vest Bromviç” – “Kristal Pelas” - 2:2

Qollar: Aniçhebe, 51 - Hanqeland, 16, Jedinak, 45+1-pen, Berahino, 90+3

“Suonsi” – "Lester” - 2:0

Qollar: Boni, 34, 57

27 oktyabr

00:00 KPR – “Aston Villa” - 2:0

Qol: Çarli Austin, 17 (1:0), 69 (2:0)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm