Premyer Liqanın hakiminə cəza
Bizi izləyin

İdman

Premyer Liqanın hakiminə cəza

İngiltərə Futbol Assosiasiyası ölkəsinin tanınmış hakimlərindən olan Mark Klattenburqu cəzaandırıb. Belə ki, Mark Klattenburq diskvalifikasiya edilib.

Publika.az xəbər verir ki, reqlamenti pozduğu üçün FİFA referisi Premyer Liqanın qarşıdakı turunda təyinat almayacaq.

Oktyabrın 25-də baş tutan 9-cu turun “Vest Bromviç” – “Kristal Pelas” oyunundan (2:2) sonra qaydalara uyğun olaraq, Klattenburq “Houtorns” stadionunu köməkçiləriylə birlikdə tərk etməliymiş. Ancaq təcrübəli hakim musiqili konsertə tələsdiyi üçün arenanı tez tərk edib. Bu da onun cəza almasına səbəb olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm