Montoliva geri dönür
Bizi izləyin

İdman

Montoliva geri dönür

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Rikkardo Montolivo zədəsini sağaldıb.

Publika.az xəbər verir ki, təcrübəli futbolçu məşqlərə başlayib. Montolivo ilk olaraq fiziki vəziyyətinin düzəlməsi üçün fərdi məşqlər edəcək və daha sonra komanda ilə birlikdə məşqlərə qoşulacaq.

Qeyd edək ki, yarımmüdafiəçi İtaliya və İrlandiya milliləri arasında keçirilən yoxlama matçında sıradan çıxmışdı. Futbolçu bu zədə səbəbindən DÇ-2014-də iştirak etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm