Həmyerlisinə təcavüzkar deyib?
Bizi izləyin

İdman

Həmyerlisinə təcavüzkar deyib?

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 20-ci turunun "Xetafe" ilə matçında (2:0) rəqib komandanın hücumçusu Meyson Qrinvudu təcavüzkar adlandırmaqda günahlandırılıb.

Publika.az xəbər verir ki, dünən gecə baş tutan oyunun yayımında iki ingilis futbolçunun şifahi mübahisəyə girdiyi və Bellinqemin ona "təcavüzkar" sözünü dediyi an yer alıb.

"Cadena SER"-in məlumata görə, "Xetafe" rəsmiləri La Liqa nümayəndəsindən hadisəni protokolda qeyd etməyi xahiş edib. Klub hazırda videonu təhlil edir.

Keçən fevral ayında Qrinvud keçmiş sevgilisini zorlamaq və döymək ittihamıdan bəraət qazanıb. Sentyabrda “Mançester Yunayted” 22 yaşlı forvardı “Xetafe”yə icarəyə verib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm