İngiltərə Premyer Liqası: "Arsenal" rəhm etmədi, qarşısıalınmaz "Çelsi"
Bizi izləyin

İdman

İngiltərə Premyer Liqası: "Arsenal" rəhm etmədi, qarşısıalınmaz "Çelsi"

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə lider “Çelsi” dogma publika önündə KPR-I sınağa çəkib.

London təmsilçisi braziliyalı ulduz Oskarın sayəsində fasiləyə üstün yollanıb. İkinci hissədə qonaqlar hesabı bərabərləşdirsələr də, onların bu qol sevinci 13 dəqiqə çəkib. 75-ci dəqiqədə Edvin Hazard “zadəganlar”a qələbə qazandıran qolu vurub.

İngiltərə Premyer Liqası 10-cu tur

1 noyabr

“Nyukasl” - “Liverpul” 1:0

Qol: Peres, 73

“Arsenal” - “Börnli” 3:0

Qollar: Sançes, 70, 90+1, Kambers, 72

“Çelsi” – KPR 2:1

Qollar: Oskar, 32, Hazard, 75 – Austin, 62

“Everton” - “Suonsi” 0:0

“Hal Siti” - “Sauthempton” 0:1

Qol: Uanyama, 3

Lester” - “Vest Bromviç” 0:1

Qol: Kambiasso, 47-ğz qapısına

“Stok Siti” - “Vest Hem” 2:2

Qollar: Moses, 33, Diof, 56 – Valensia, 60, Dovninq, 73

Oxumağa davam et
Reklam
Reklam

Gündəm