Ən sürətli adama futbol millisindən dəvət
Bizi izləyin

İdman

Ən sürətli adama futbol millisindən dəvət

Qırdığı dünya rekordları ilə tarixin ən yaxşı atletlərindən biri kimi qəbul edilən altıqat olimpiya çempionu sprinter Useyn Bolta sürpriz təklif gəlib.

Publika.az xəbər verir ki, Yamayka millinin məşqçisi Vinfrid Şefer məşhur sprinteri öz komandasında görmək istəyir.

Şeferin sözlərinə görə, Bolt 2016-cı il Olimpiya oyunlarında Yamayka millisinin heyətində oynaya bilər:

"Bolt yamaykalıdır və mən onu komandamda görmək istərdim. Bu barədə onun özündən xahiş edəcəm. Ümid edirəm ki, o, ölkəsi üçün oynamağa razı olacaq. Bu, bizim əsas məqsədimizdir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm