FİFA Azərbaycan klubunu cəzalandırdı
Bizi izləyin

İdman

FİFA Azərbaycan klubunu cəzalandırdı

FİFA Azərbyacan klubunu cəzalandırdı

FİFA "Bakı" klubunu nı cəzalandırıb. Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Həmkarlarımızın iddiasına görə, "Bakı"nın yeni futbolçu transfer etməsinə qadağa qoyulub. Buna səbəb isə paytaxt klubunun sabiq futbolçusu Ruslan Leviqaya "atması" olub.

Belə ki, bakılılar ukraynalı futbolçuya çatmalı olan pulu ödəməyiblər. FIFA-nın xəbərdarlığına rəğmən pul ödənilmədiyindən "Bakı"ya 2 transfer pəncərəsi müddətində heyətinə yeni oyunçu qatmaq qadağası qoyulub.

Bir sözlə, "zolaqlılar" qeyri-peşəkar idarəçiliyin qurbanı olub. Klub rəhbərliyi hələ ki, bu məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Leviqa mətbuata verediyi açıqlamada “Bakı”dan FİFA-ya şikayət etdiyini təsdiqləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm