Derbidə dava düşdü: “Fənərbağça”nın futbolçusundan tərbiyəsizlik – VİDEO
Bizi izləyin

İdman

Derbidə dava düşdü: “Fənərbağça”nın futbolçusundan tərbiyəsizlik – VİDEO

“Beşiktaş”ın Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində “Fənərbağça” ilə keçirilən matçda 2:0 məğlub olması barədə məlumat vermişdik.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hər iki klub üzvləri arasında dava düşüb.

Belə ki, ilk hissə başa çatdıqdan sonra paltardəyişmə otağına gedən komandalar arasında mübahisə yaranıb. “Fənərbaxça”nın futbolçusu Emre Belezoğlu “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçlə dalaşıb.

Biliç, Emrenin ona ingilis dilində eyni söyüşü 5 dəfə təkrar etdiyini deyib. Emre də boğazındakı qızartı izini göstərərək bunu Biliçin etdiyini bildirib. Amma mübahisənin qarşısı tez alınıb. Futbolçular və stadionda olan şəxslərin müdaxiləsi ilə ara sakitləşib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm