Dünya çempionu məhkəməlik oldu: - Camaatı belə aldadıb
Bizi izləyin

İdman

Dünya çempionu məhkəməlik oldu: - Camaatı belə aldadıb

“Formula 1” üzrə keçmiş dünya çempionu Censon Batton ciddi problem yaşayır.

Publika.az xəbər verir ki, britaniyalı sabiq pilot avtomobilini alan adamı aldatdığı iddia edilir.

“The Telegraph”ın məlumatına görə, Batton özünün 1970-ci il istehsalı olan “Ford Branco” markalı avtomobilini satışa çıxarıb. O, hərracın təsvirinə avtomobilin ona məxsus olması ilə bağlı məlumatları daxil edib. Nəticədə bu, marağın artmasına səbəb olub.

44 yaşlı sabiq yarışçı tərəfindən hərraca çıxarılan avtomobil 166 min dollara satılıb. Lakin bir müddət sonra məlum olub ki, maşının sahibi keçmiş “Formula1” dünya çempionu deyil, onun həyat yoldaşı Britni Uorddur.

Bütün bunlar məlum olanda alıcı özünü aldanmış kimi hiss edib. Kişi Buttondan pulunu qaytarmasını və müqaviləyə xitam verməsini tələb edib. Britaniyalı yarışçı alıcının tələbləri ilə razılaşmadığından iş məhkəməyə gedib.

Məlum olub ki, britaniyalı yarışçı hərracın təsvirinə nəinki yanlış məlumat daxil edib, həm də avtomobilin texniki vəziyyətinin pis olduğunu gizlədib. Həqiqətən də alınan avtomobilin təmirə ehtiyacı var.

Batton son illərin ən yaxşı sürücülərindən biri hesab olunur. Britaniyalı pilot 2009-cu ildə Formula 1 üzrə dünya çempionu olub, iki mövsüm sonra isə Sebastyan Fetteldən geri qalaraq ikinci yeri tutub.

8il əvvəl keçmiş “McLaren” sürücüsü “Formula 1”-dəki çıxışını dayandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm