“Mançester Siti” Çempionlar Liqasının tarixinə düşdü
Bizi izləyin

İdman

“Mançester Siti” Çempionlar Liqasının tarixinə düşdü

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Mançester Siti” səfərdə “Kopenhagen”ə 3:1 hesabı ilə qalib gəlib.

Publlika.az xəbər verir ki, bundan əvvəl “şəhərlilər” qrup mərhələsində “Srvena Zvezda” (3:1, 3:2), “Leypsiq” (3:1, 3:2) və “Yanq Boyz”a (3:1, 3:0) qalib gəlib.

“Mançester Siti” Çempionlar Liqasında ardıcıl 7 matçda ən azı 3 qol vuran ilk klub olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 6-da Mançesterdə baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm