“Qarabağ” “qara bazar”a müharibə elan etdi
Bizi izləyin

İdman

“Qarabağ” “qara bazar”a müharibə elan etdi

“Qarabağ”ın “Dnepr”lə noyabrın 6-da keçirəcəyi görüşün biletləri artıq satışdadır.

Axar.az-a verilən məlumata görə, indiyə qədər biletlərin 8 mini satılıb. Kassalarda hələ ki, klub tərəfindən 2 manatdan başlayan biletlər satışa çıxarılıb. Klub bəyan edib ki, bu da azarkeşlərin daha rahat bilet əldə etməsi üçündür.

Məlumata görə, 1 manatlıq biletlər satışa çıxdığı zaman "qara bazar" alverçiləri dərhal müxtəlif yollarla həmin biletləri əldə edib, özləri üçün "bazar" yaradırlar. Hələki yalnız "İmarət" fan klubunun üzvləri 1 manata biletləri əldə edə bilərlər.

Yaxın günlərdə 1 manatlıq biletlər də satışa çıxarılacaq və hər bir azarkeşin bilet əldə etməsi üçün imkan yaradılacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi Avroliqada “Dnepr”lə cavab oyununa çıxır. İlk görüşdə komandamız Kiyevdən 1:0 qələbə ilə qayıdıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm