Əfsanəvi idmançı Paris Olimpiadasına buraxılmadı
Bizi izləyin

İdman

Əfsanəvi idmançı Paris Olimpiadasına buraxılmadı

Səkkiz versiya üzrə keçmiş dünya çempionu Menni Pakyao bu il Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Publika.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) məşhur idmançının yaşına görə Olimpiadada iştirak etmək müraciətini rədd edib. Hazırda Pakyaonun 45 yaşı var. Bundan əlavə, Menni lisenziya xarakterli yarışlarda iştirak etməyib.

“Sevimli boks ikonamızın yaşına görə Olimpiya Oyunlarına buraxılmaması təəssüf doğurur. İdman növündən asılı olmayaraq, hər bir idmançı Parisdə yarışmaq imkanı əldə etmək üçün təsnifat yarışlarından keçməlidir”, - deyə Filippin Milli Olimpiya Komitəsinin prezidenti Abraham Tolentino açıqlama verib.

Qedy edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm