ÇL-də həyəcan davam edir
Bizi izləyin

İdman

ÇL-də həyəcan davam edir

Çempionlar Liqasında IV turun oyunları start götürəcək.

Publika.az-ın məlumatına görə, ilk oyun günündə 8 görüş baş tutacaq.


A qrupunun lideri Madridin “Atletiko” klubu səfərdə “Malmö”nün qonağı olacaq. Qrupun digər oyununda “Yuventus” öz meydanında “Olimpiakos”u qəbul edəcək.


Turun ən maraq doğuran oyunlarından biri B qrupunda baş tutacaq. Burada Madrid “Real”ı doğma meydanda “Liverpul”u qəbul edəcək. Qrupun digər matçında “Ludoqorotes” klubu səfərdə “Bazel”in qonağı olacaq.


C qrupunda Rusiya "Zenit"i lider “Bayer” (Leverkuzen) klubu ilə üz-üzə gələcək. “Monako” isə səfərdə qrupun autsayderi “Benfika”nın qonağı olacaq.


Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun D qrupunda keçiriləcək. Türkiyənin “Qalatasaray” klubu Dortmundda "Borussiya" ilə görüşəcək. "Cim Bom" qrupdan çıxmaq şansını saxlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda isə “Arsenal” evdə “Anderlext”i qəbul edəcək.

4 noyabr

A qrupu

23:45. "Malmö" (İsveç) - "Atletiko" (Madrid, İspaniya)

23:45. "Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)

B qrupu

23:45. "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə)

23:45. "Bazel" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan)

C qrupu

21:00. "Zenit" (Rusiya) - "Bayer" (Leverkuzen, Almaniya)

23:45. "Benfika" (Portuqaliya) - "Monako" (Fransa)



D qrupu

23:45. "Arsenal" (İngiltərə) - "Anderlext" (Belçika)

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Qalatasaray" (Türkiyə)

5 noyabr


E qrupu

23:45. "Mançester Siti" (İngiltərə) - CSKA (Moskva, Rusiya)

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Roma" (İtaliya)


F qrupu

23:45. PSJ (Fransa) - APOEL (Kipr)

23:45. "Ayaks" (Hollandiya) - "Barselona" (İspaniya)


G qrupu

23:45. "Maribor" (Sloveniya) - "Çelsi" (İngiltərə)

23:45. "Sportinq" (Portuqaliya) - "Şalke" (Almaniya)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm