15 yaşlı sürücü qəzada öldü - FOTO
Bizi izləyin

İdman

15 yaşlı sürücü qəzada öldü - FOTO

Fevralın 25-də Paparoa şəhərində "Arcadia Road Rallysprint" yarışı zamanı faciə baş verib.

Publika.az xəbər verir ki, 15 yaşlı sürücü və onun 35 yaşlı köməkçisi qəzada həlak olub. Bruklin Horanın idarə etdiyi maşın çınqıllı yoldan çıxıb və çaya düşüb. Təcili tibbi yardım gələnə qədər ekipaj vəfat edib. Bu barədə Yeni Zelandiya Avtoidman Federasiyası məlumat yayıb.

Federasiya həlak olanların yaxınlarına başsağlığı verib və araşdırma aparılacağını bildirib. Qeyd edilib ki, qəzanın səbəbi hələlik məlum deyil. Lakin hadisənin trekin vəziyyətinə görə baş vermə ehtimalı azdır.

Yeni Zelandiyada 12-15 yaşlı yeniyetmələr müəyyən məhdudiyyətlərlə ralli lisenziyası ala bilərlər. Ölkədə ümumi olaraq sürücülük vəsiqələri 16 yaşdan verilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm