"Düşünmədiyimiz səhvlərdən qol buraxdıq"
Bizi izləyin

İdman

"Düşünmədiyimiz səhvlərdən qol buraxdıq"

"Düşünmədiyimiz səhvlərdən qol buraxdıq. Uşaqlara bir o qədər də iradım yoxdur. Kiyevdəki qələbəni çox şişirtməməli olduğumuzu demişdim".

Publika.az-ın məlumatına görə, bu barədə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Dnepr"lə oyundan sonra keçirdiyi mətbuat konfransında bildirib.

"Bu, uşaqlara təsir edə bilərdi. Amma indidən sonra qarşıdakı oyunlarda vəziyyətimizi düzəltməyə çalışacağıq. Əlbəttə ki, biz də azarkeşlərimizi məyus etməyi istəmirdik. Amma hər bir rəqibə hörmətlə yanaşmalı, ona qiymət verməliyik. Şanslara gəlincə, əvvəlcədən qarşımıza minimum 2-ci yeri hədəf qoymamışdıq. Bəlkə də “Sent-Etyen”lə oyun bundan asan olacaq. Çünki “Dnepr”ə qələbədən sonra Bakıda hardasa yenilgiyə hazır idim.

Çünki azarkeşlər Bakıda da qələbə gözləyirdi. Bu da əlavə məsuliyyət formalaşdırırdı. Şanslarımız hələ qalıb. Qarşıdakı oyunlara baxacağıq. Öz oyunumuzu hər dəfə yaxşılaşdırmağa çalışırıq. Oyun sxemimizdə dəyişiklik olmur. Səfərdə də, evdə də eyni cür mübarizə aparırıq”, baş məşqçi əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm