Qurbanovun ibrətamiz cavabı salonda alqış yaratdı
Bizi izləyin

İdman

Qurbanovun ibrətamiz cavabı salonda alqış yaratdı

Avropa Liqasının qrup mərhələsində IV turunda "Qarabağ"ın Ukrayna "Dnepr"i ilə qarşılaşmada 1:2 hesabı ilə məğlub olması barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, matçdan sonra mətbuat konfransında maraqlı hadisə baş verib. Belə ki, ukraynalı jurnalistlərdən biri Ağdam komandasının baş məşqçisi Qurban Qurbanova rus dilində niyə danışmadığını soruşub:

"Siz Rusiya çempionatında oynamısınız, rus dilində bilirsiniz. Bu halda niyə mətbuat konfransında rus dilində danışmırsınız?"

Qurban Qurbanov:

“Bizim öz mentalitetimiz var. Mətbuat konfransında azərbaycanca danışırıq və tərcüməçimiz də ruscaya çevirir. Mənim rusca danışmağımı istəyirsinizsə, bu tədbirdən sonra sizə vaxt ayıra bilərəm".

Qurbanovun bu dedikləri zalda alqışlarla qarşılanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm