"Qarabağ"a nazirlər də dəstək oldu
Bizi izləyin

İdman

"Qarabağ"a nazirlər də dəstək oldu

Gənclər və idman naziri Azad Rəhimov Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ” – "Dnepr” matçını (1:2) Braziliyanın idman naziri Aldo Rebelo ilə birlikdə izləyib.

Publika.az-ın məlumatına görə, görüşdən sonra 2 ölkə nazirləri "Qarabağ”ın paltardəyişmə otağına üz tutublar.

Azad Rəhimov "Qarabağ”ın yaxşı oynadığını, komandanın sona kimi meydanda layiqli mübarizə apardığını qeyd edib.

Sonda nazir komandaya Avroliqadakı növbəti 2 oyunda uğurlar arzulayıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm