Komandamız üçüncü oldu
Bizi izləyin

İdman

Komandamız üçüncü oldu

Boks üzrə Azərbaycan yığması Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Publika.az xəbər verir ki, 13 döyüşçü ilə yarışlara qatılan yığmamız ümumi komanda hesabında üçüncü yerə çıxıb. Birinci və ikinci yerləri is Rusiya və Ukrayna komandaları tutub.

Boksçumuz Ruslan Rüstəmov (46 kq) ukraynalı Oleq Çulyaçetyev üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bəxtiyar Qazıbəyov (57 kq) isə yalnız həlledici görüşdə Rusiya boksçusu Anatoli Jirnova uduzaraq ikinci yeri tutub. Pərviz Quliyev (63 kq), Rasim Çobanlı (70 kq), Hacı Dilbazov (75 kq) və Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) üçüncü yerlə kifayətləniblər.

Avropa birinciliyində 33 ölkədən 254 boksçu mübarizə aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm