İdman
Veteranlar da Vasif Talıbova “ağız açdı” - Müraciət
Araz Naxçıvan"ın Premyer Liqada mübarizəni dayandırması ilə bağlı verdiyi qərar futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.
Publika.az xəbər verir ki, Azərbaycan Futbol Veteranları İttifaqı da bu məsələyə münasibət bildirib. Qurumun sədri Oqtay Abdullayev Futbol Veteranları İttifaqı adından Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbova müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” sürətlə həyata keçirilməkdədir. Futbolumuzda infrastruktur yaradılır, uşaq futbolu inkişaf etdirilir. Bu prosesin tərkib hissələrindən biri də, futbolun kütləviləşməsi ilə bağlıdır. Bu baxımdan uzun illərdən sonra Naxçıvan təmsilçisinin Premyer Liqaya qayıtması Azərbaycan futbol ictimaiyyətini çox sevindirdi. Naxçıvan Muxtar Respublika rəhbərliyi və AFFA-nın dəstəyi ilə yenidən ölkə futbol arenasına qayıdan "Araz Naxçıvan” çempionatımıza rəng qatdı. Lakin bir neçə gün əvvəl "Araz Naxçıvan” Futbol Klubu Premyer Liqada mübarizəni dayandırdığını elan etdi. Səbəb kimi də, Naxçıvan klubuna qarşı hakim qərəzinin olması göstərildi. Azərbaycan Futbol Veteranları İttifaqı olaraq, bu qərardan çox məyusuq. İlk növbədə ona görə ki, Naxçıvanın futbolsuz qalması yaxşı hal deyil. Eyni zamanda bu qərar UEFA və FIFA-da ölkəmiz haqqında pis rəy formalaşdıracaq. Ona görə də, qurumumuz adından Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov cənablarına müraciət etdirik ki, komandanın Premyer Liqada mübarizəni davam etdirməsi üçün köməklik etsin. Çünki Vasif Talıbov həmişə Muxtar Respublikada idmanın inkişafı üçün böyük işlər görüb. İnanırıq ki, bu durumda da Naxçıvanda futbolun yaşaması üçün əlindən gələni əsirgəməyəcək”.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR