İdman
FHN-in komandası I oldu FOTOLAR
Qəbələ şəhərində keçirilən Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr edilmiş peyntbol idman növü üzrə Respublika çempionatı başa çatıb.
Azərbaycan Peyntbol Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, çempionat federasiyanın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, “ASAN xidmət”in və Qəbələ Atıcılıq Klubunun dəstəyi ilə baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda 1-ci yerin qalibi Fövqəladə Hallar Nazirliyinin (FHN) peyntbolçuları, 2-ci yerin qalibi “ASAN xidmət”in peyntbolçuları, 3-cü yerin qalibi isə Xüsusi Dövlət Mühafizə Xidmətinin peyntbolçuları olub.
1-ci yerin qalibinə Gənclər və İdman Nazirliyinin 1-ci dərəcəli diplomu və çempionatın kuboku təqdim edilib. 2-ci yerin qalibinə çempionatın 2-ci dərəcəli diplomu, 3-cü yerin qalibinə isə çempionatın 3-cü dərəcəli diplomu təqdim olunub. Eyni zamanda, 1, 2 və 3-cü yerləri tutan peyntbolçulara qiymətli hədiyyələr təqdim edilib. Digər komandaların nümayəndələri isə Gənclər və İdman Nazirliyinin və Peyntbol Federasiyasının iştirakçı diplomları ilə təltif olunublar.
Avropa Peyntbol Federasiyasının vitse-prezidenti Viktor Toqayev və baş katibi Viktoriya Sorantçeva təltifetmə mərasimində iştirak edərək, qalib komandaları Azərbaycan Peyntbol Federasiyası tərəfindən Avropa və sünya peytbol çempionatında iştiraka dəvət ediblər.
FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev komandasından birinciliyi gözlədiyini etiraf edib və onlara hər bir çempionatda qalib olmağı arzulayıb.
Gülnar Əliyeva
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub