İlk hicablı hakim – FOTOLAR
Bizi izləyin

İdman

İlk hicablı hakim – FOTOLAR

Türkiyə futbolunda tarixi hadisə olub.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ilk dəfə olaraq hicablı qadın hakim futbol matçına təyinat alıb.

Buhra Yurdakul adlı gənc xanım Türkiyə futbol tarixinə düşdüyü üçün çox xoşbəxt olduğunu bildirib.

U-15 Liqasında bu gün keçirilən "Demirspor" - "Sandıklıspor" (2:1) matçında yan xətt hakimi vəzifəsini yerinə yetirən hicablı xanım hər kəsin diqqətini özünə cəlb edib.

Uzun qollu hakim forması geyən Buhra qara rəngli formasıyla eyni rəngdə hicab taxıb. Xəyallarının gerçək olduğunu deyən 21 yaşlı hicablı hakim çox sevincli olduğunu söyləyib:

"1 ildir ki, gözləyirdim, sonda FIFA-nın bu qərarı ilə meydançaya çıxa bildim. Çox xoşbəxtəm. Xəyalları olan insanlar ümidini üzməsin. Mənim xəyallarım reallaşdı".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm