Premyer Liqada 20-ci tura yekun vurulub - Bütün nəticələr
Bizi izləyin

İdman

Premyer Liqada 20-ci tura yekun vurulub - Bütün nəticələr

Bu gün Premyer Liqada 20-ci tura yekun vurulub.

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. İkinci oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə meydana "Simurq"la "Bakı" çıxıb. "Simurq" XIX turda "Neftçi"yə 0:3 hesabı ilə yenilmiş, "Bakı" isə "Rəvan"ı məğlub etmişdi - 5:1. Bu günkü qarşılaşmada paytaxt klubu 2014-cü ildə ardıcıl ikinci qələbəsini qazanmaqla yanaşı, meydan sahiblərinə ardıcıl ikinci məğlubiyyətin acısını yaşadıb. Matçın yeganə qoluna 18-ci dəqiqədə Rauf Əliyev imza atıb.

Günün və tura Lənkəranda keçirilən "Xəzər Lənkəran" "Neftçi"n oyunu ilə yekun vurulub. 4 qolun vurulduğu oyun dramatik sonluqla başa çatıb. Belə ki, 9-cu dəqiqədə topu öz qapısına göndərən "Xəzər Lənkəran"ın yeni transferi "Neftçi"ni sevindirib. Paytaxt klubu 52-ci dəqiqədə Araz Abdullayevlə fərqi 2:0-a çatdırıb. 85-cü dəqiqədə 14 dəqiqə əvvəl meydana çıxmış Junior Nildo fərqi azaldıb. Əsas vaxtın sonuna 1 dəqiqə qalmış qırmızı vərəqə alan Tərlan Quliyev "Neftçi"ni azlıqda qoyub. Bundan sonra irəli atılan "Xəzər Lənkəran" son saniyələrdə bərabərlik qoluna imza atıb. "Qarabağ"la oyunda Lənkəran klubuna qələbə qazandıran Manuel Skarlatake bu dəfə də komandanın qəhrəmanına çevirilib. Bu zaman futbolçular arasında dava düşüb və baş hakim Rəhim Həsənov Ağabala Ramazanov, Karlos Kardoso və Bruno Bertuççini meydandan qovub.

Qeyd edək ki, bu Premyer Liqada 28-ci "Böyük oyun" olub. "Neftçi" indiyədək 9, "Xəzər Lənkəran" 8 qələbə qazanıb, 11 oyunda qalib müəyyənləşməyib. Bu üstünlüyə baxmayaraq, “Neftçi” 7 ildi ki, səfərdə “Xəzər Lənkəran”a qalib gələ bilmir. “Ağ-qaralar” sonuncu dəfə 2007-ci ilin noyabrında “Fırtınalar meydanı”ndan 3 xal aparıb.

Onu da qeyd edək ki, turun 3 oyunu dünən keçirilib. "Qarabağ" "Qəbələ"ni 1:0, "İnter" "Rəvan"ı 2:1 hesabı ilə yenib, AZAL - "Sumqayıt" matçında qalib müəyyənləşməyib.

Premyer Liqa

2013/14 mövsümü

III dövrə, XX tur

9 fevral

Simurq - Bakı 0:1

Qol: Rauf Əliyev, 18.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov (21. Murad Səttarlı, 76), 11. Draqan Çeran, 15. Stepan Polyak (22. Salif Ballo, 67), 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 30. Raul Kostin (8. Patrik Osiako, 46), 77. Nicat Qurbanov.

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov.

Baş məşqçi: George Çixradze.

Bakı: 1. Aqil Məmmədov, 3. Yure Travner, 4. Mario Alvarez, 8. Cavid Hüseynov (21. Elvin Məmmədov, 66), 11. Rauf Əliyev (k), 12. Etto, 16. Juninyo (2. Deyvidas Çesnauskis, 90+1), 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 80), 23. Mario Lukas Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev.

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 7. Əfran İsmayılov, 22. Namiq Ələsgərov, 27. Eltun Hüseynov.

Baş məşqçi: Milinko Pantiç.

Sarı vərəqələr: Raul Kostin, 37 (sistematik qayda pozuntusu). İlkin qırtımov, 47 (qeyri-idman hərəkəti). Benjamin Lambot, 57 (qeyri-idman hərəkəti) - Juninyo, 19 (qeyri-idman hərəkəti).

Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov.

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Əliyar Ağayev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Əli Hüseynov.

Zaqatala şəhər stadionu. 1500 tamaşaçı.

Xəzər Lənkəran - Neftçi 2:2

Qollar: Junior Nildo, 85. Manuel Skarlatake, 90+3 - Tyqeo, 9 (avtoqol). Araz Abdullayev, 52.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyqeo, 6. Rasim Ramaldanov (55. Ağabala Ramazanov, 24), 7. Sadio Tounkara (30. Elias, 46), 8. Deyan Blajevski (12. Junior Nildo, 71), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 22. Deyvid Sakkoni, 27. Manuel Skarlatake.

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 4. Alvaro Silva, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə.

Baş məşqçi: Mustafa Dənizli.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k) (10. Cavid İmamverdiyev, 89), 7. Araz Abdullayev, 9. Flavinyo (19. Mirhüseyn Seyidov, 90+2), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 11. Melvin Platye, 14. Bahodir Nasimov, 21. Samir Məsimov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Sarı vərəqələr: Rahid Əmirquliyev, 62 (qeyri-idman hərəkəti). Tyeqo, 66 (sistematik qayda pozuntusu) - Erik Ramos, 23 (sistematik qayda pozuntusu). Karlos Kardoso, 34 (qeyri-idman hərəkəti). Tərlan Quliyev, 45+1 (qeyri-idman hərəkəti); 89 (qeyri-idman hərəkəti). Mahir Şükürov, 51 (qeyri-idman hərəkəti).

Qırmızı vərəqələr: Ağabala Ramazanov, 90+4 (təhqiredici jest) - Tərlan Quliyev, 89 (qeyri-idman hərəkəti). Karlos Kardoso, 90+4 (aqressiv davranış). Bruno Bertuççi, 90+4 (aqressiv davranış).

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

"Xəzər Lənkəran" mərkəzi stadionu. 11.000 tamaşaçı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm